Möhtəşəm həyatdan 34-cü küçəyə qədər...
Möhtəşəm həyatdan 34-cü küçəyə qədər...
30 Dekabr 2019 12:30 MədəniyyətArtıq Yeni İl gəlməkdədir. 2020-ci ilə sayılı saatlar qalıb. Yeni il ailəvi bayramdır, onu yaxın və doğma insanların əhatəsində keçirmək lazımdır. Belə deyirlər ki, ili necə qarşılasan, elə də yola salarsan. Bu bayramı hamı yaddaqalan şəkildə qeyd etmək istəyir. Kimi evdə, kimi restoranda, kimi isə səyahətdə. Məsləhətlərimiz yeni ili evdə qeyd etmək istəyənlər üçündür. Məsələ filmlərdən gedir. Yeni il filmləri deyəndə ağlınıza ancaq "Evdə tək" gəlirsə, demək, başqa filmlər izləmək vaxtınız çoxdan gəlib. Bir-birindən əyləncəli, yeni il ruhunu daşıyan filmlərlə yeni ilə girərkən sizlərə xoşbəxt, sağlıqlı və dinc bir il arzulayırıq.
Möhtəşəm həyat / Itchr("39")s a Wonderful Life (1946)
74 il əvvəl çəkilən bu filmin IMDb göstəricisi 8.7 baldır. Film italyan əsilli amerikalı rejissor Frank Capra tərəfindən səhnələşdirilib. Bir-birinin ardı ilə gələn problemlərə səbr edə bilməyən iş adamı Corc Bailey intihar etmək üçün körpünü seçir. Məhz o zaman, Clarence adlı "qəyyum mələk" meydana çıxır və Corcu intihar etmək fikrindən daşındırmaq üçün onunla kiçik bir oyun oynamağa qərar verir. Bu oyunun sadə bir şərti var. Corc köhnə həyatına qayıdacaq. Bütün həyatı boyu ətrafında olan insanların əgər o olmasaydı və Corcla heç vaxt tanış olmamış olsaydılar onların necə bir həyat yaşayacağını görəcəkdi. İntihar astanasında olan iş adamı oyuna hazır olur və bu fövqəladə təcrübə nəticəsində Corc onun xoş niyyəti ilə nə qədər insana kömək etdiyini başa düşür və həyatının nə qədər dəyərli olduğunun fərqinə varır.

Milad Gecesi Kabusu / The Nightmare Before Christmas (1993)
Bir az daha irəli tarixə qayıdaq. Filmin IMDb göstəricisi 8.1-dir. Daha bir amerikalı rejissor. Henry Selick-in bu filmi Yeni il tətillərində özəlliklə uşaqlar üçün ən maraqlı filmlərdən hesab olunur.
Filmdə Balqabaq Kralı Cek Skellingtonun xanədanlığı və Halloweentownda baş verən hadisələr təsvir edilmişdir. Bura əsl kabus şəhəridir. Şəhər cinlər, əcinnələr, pərilər, ruhlar, qulyabanılar və yarasalardan ibarət "dinamik" nüfuza sahibdir. Cek adlı qəhrəmanımızın yolu bir gün Halloweentown-a düşür. Və o gördüyü yerdən çox təsirlənir. Cek qərar verir ki, öz şəhərini də Halloweentown-a bənzətsin. Bu səbəbdən Şaxta babanı qaçırır. Jack Santa-nı əvəz edir və uşaqlara alternativ hədiyyələr paylamağa başlayır. Film bu axarla davam edir...

Milad hekayəsi / A Christmas Story (1983)
Uşaqları ekran başına yığacaq daha bir film. Daha bir amerikalı rejissorun bu filminin də IMDb göstəricisi 8.1-dir.
Doqquz yaşlı Ralphie-nin maraqlı bir xəyalı var. O milad hədiyyəsi olaraq Daisy Brand Red Ryder 200 gülləli hava tüfəngi arzulayır. Təəssüf ki, anası gözünə zərər verəcəyini söyləyərək hədiyyəyə qarşı çıxır. Lakin kiçik qəhrəmanımız silahı əldə etməyin yollarını axtarmağa davam edir. Kiçik qardaş Randy isə başlıca bir əyləncə mənbəyidir. Ailənin yaşlı adamı olan Mr.Parker də uşaqlardan geri qalmır. O radio yarışmasından qazandığı maraqlı mükafatla qürur duyur və bunu hamının görə biləcəyi şəkildə sərgiləmək istəyir.
.jpg)
Əslində Eşq / Love Actually (2003)
Britaniyalı rejissor Richard Curtis tərəfindən ekranlaşdırılan filmin IMDb göstəricisi 7.7-dir. Rejissorun bu filmi ilə maraqlı faktlar var. O deyib ki, bu filmin yaradılması səbəblərindən biri də odur ki, hər romantik film çəkilişi onun ömründən 3-4 il aparırdı. Bunun üçün isə kifayət qədər ömrü çatmaz. Ona görə də bütün fikirlərini məhz bu filmdə birləşdirərək "Love Actually"ni ərsəyə gətirib.
Dünyanın avtoritar prezidenti və ya kütləni valeh edən bir ulduz olsanız da, nəticədə eyni yola çıxacaqsınız. Sevgidən qaça bilməzsiniz. Film bugünki Londonda Miladdan iki ay əvvəl baş verən fərqli hadisələrə diqqət çəkən sevginin böyüklüyünə dair bir əsərdir. Filmin məqsədi sevginin ucalığını göstərməkdir. Baş rolda məhəbbət dayanır...

İntiusiya / Serendipity (2001)
Daha bir britanilyalı rejissorun IMDb göstərici 6.9 olan melodram filmi. Baş rolları Kate Beckinsale və hər kəsin çox sevdiyi aktyor John Cusack tutur.
Sara və Conatan eyni dükanda sonuncu əlcəyi eyni vaxtda almaq istəyəndə tanış olurlar. Aldıqları əlcəklər hələ də heç kimin mülkü deyil və kimə mənsub olduğuna qərar vermək üçün mübahisə edirlər. Adi bir söhbət şəklində başlanan tanışlıq bütün günü davam edir. Bir neçə il sonra ikisi də başqa insanlarla evlənmək üzrədirlər. Ancaq illər əvvəl birlikdə keçirdikləri gözəl günü xatırlayırlar. İndi etmək üçün yalnız bir şey var: Biri-birini tapmaq və yenidən danışmaq.

Milad mahnısı / A Christmas Carol (2009)
Amerikalı rejissor Robert Zemeckisin IMDb göstərici 6.9 olan bu filmdə Hollivudun ən böyük və tanınmış ulduzlarından biri, komediya ustası və prodüser Jim Carrey var.
Scrooge inadkar, xəsis və kinli bir insandır. Çox varlı olsa da, paylaşmağı bacarmır. Onu xoşbəxt etmək demək olar ki, mümkün deyil. Milad axşamı üç ruh onu ziyarət edir. Onlar Scroogechr("39")nin əvvəllər necə bir insan olduğunu, bugünün və dəyişməyəci təqdirdə gələcəkdə onu nələrin gözlədiyini göstərməyə başlayırlar. Scrooge yalnız bundan sonra dəyişməyin zəruriliyini başa düşür.

Ailəcanlı / The Family Man (2000)
Daha bir amerikalı rejissor və onun IMDb göstərici 6.7 olan filmi. Filmin baş rolunda "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatı Nicolas Cage var.
Cek iri investisiya şirkətinin direktorudur, ən bahalı "Ferrari" modelindən olan avtomobili sürür, milyonlarla dollar qiyməti olan lüks mənzildə yaşayır. Ancaq özünü xoşbəxt hiss etmir...Gərgin iş rejimi onun ailə qurub, övlad atası olmasına imkan vermir. Qadınlarla qısamüddətli eşq macəraları yaşayır. Qaradərili Santaya rast gəlməsi ilə həyatı sözün əsl mənasında möcüzəvi şəkildə dəyişir. "Santa" onu çətin seçim qarşısında qoyur. O, subay olaraq cah-cəlallı həyatını davam etdirə bilər, ya da avtomobil təkərlərinin satıcısı kimi sevdiyi qadın və övladların əhatəsində aztəminatlı ailədə yaşaya bilər. Cek bundan sonra həyatın mənasını nə olduğunu başa düşməyə başlayır.

Sehrli oyuncaqçı / Mr. Magoriumchr("39")s Wonder Emporium (2007)
Uşaqların çox sevdiyi və görüntü olaraq möhtəşəm bir film. "Sehirli oyuncaqçı" amerikalı rejissor Zach Helm tərəfindən ekranlaşdırılıb. Filmin IMDb göstərici 6.2-dir.
243 yaşlı mister Maqorium uzun illərdir ki, oyuncaq mağazasına sahibdir. Bu mağazada oyuncaqlar özləri hərəkət edir. Bir də bu mağazada Mahouni adında qəşəng bir qız işləyir. Maqorium artıq bu sehrli mağazanı kiməsə vəsiyyət etmək istəyir. Bu isə Natali Portmanın canlandırdığı qız olmalıdır...

Hüqo / Hugo
Brayan Selznikin "Hüqo Kabrenin ixtirası" kitabının motivləri əsasında ameriaklı rejissor Martin Skorseze tərəfindən çəkilən macəra filminin IMDb göstəricisi 7.5-dir . "Hüqo" haqqında nə qədər danışsaq azdır.
Paris, Monparnas vağzalı, 1931-ci il. Filmin açılış hissəsində 12 yaşlı Hüqo Kabre (Asa Batterfild) adlı oğlan uşağı yaşlı Jorj Melyesin (Ben Kinqsli) idarə elədiyi oyuncaqlar mağazasını müşühidə eləməsi ilə başlayır. Oğlan mexaniki siçanı oğurlamaq istəyəndə Melyes onu yaxalayır. O, Hüqonun ciblərini yoxlayır və onun əvvəl götürdüyü bütün əşyaları onun cibindən çıxarır. Melyes mağazasındakı əşyaların uşağa nə üçün lazım olduğunu öyrənməyə cəhd edir. Hüqo isə ona öz qeyd kitabçasında avtomatonun rəsmlərini və onun təmirinin qeydlərini göstərir. Qəzəblənmiş Melyes bloknotu götürür və uşağın bunu da ondan oğurlamasından şübhələnərək qışqırır. Qışqırığa stansiya nəzarətçisi Qustav (Saşa Baron Koen) xidmət itilə qaçaraq gəlir, lakin uzunsürən təqibdən sonra Hüqonu tutmaq ona müvəffəq olmur. Həmin gecə Hüqo öz bloknotunu geri almaq üçün Melyesin yanına qayıdır. Melyes bundan imtina edir və uşağı stansiya nəzarətçisinin otağına aparacağı ilə qorxuzur. Hüqo isə öz məqsədindən geri dönmür və Melyesi evinə qədər izləyir. Mənzilin pəncərəsindən baxan İzabelin (Xloya Moreç) diqqətini özünə yönəldən Hüqo qız çölə çıxdıqda Melyesin onun bloknotunu yandırmaması üçün onu izləməsini bildirir. Evə gəldikdən sonra Hüqo avtomatona baxır və keçmişdən hissələri yadına salır. Bütün hadisələr də məhz bundan sonra başlayır.

34-cü küçədə möcüzə / Miracle on 34th Street
Yazını möcüzə ilə başa çatdıraq. Həm də "34-cü küçədə möcüzə" ilə. Amerikalı rejissor Les Mayfieldin bu filminin IMDb göstərici 6.5-dir.
Syuzan Santanın möcüzəsinə inanmasa da, hər bir uşaq kimi ona məktub yazır və ürəyindəki arzunun həyata keçməsini istəyir. Öz evlərində atası, balaca qardaşı və anası ilə xoşbəxt olmaq istəyən Syuzan "Koul" univermağında rastlaşdığı Santadan sonra arzularının gerçəkləşəcəyinə inanır.
İl dəyişdikcə arzular, istəklər də dəyişir, böyüyür. Ötən və gələcək illərdən asılı olmayaraq möcüzələrə hər zaman inanın...

Nigar Orucova
Olaylar.az