Xalq yazıçısının yeni kitabı işıq üzü gördü - “Mənim Füzulim”
Xalq yazıçısının yeni kitabı ışıq üzü gördü - “Mənim Füzulim”
30 Dekabr 2019 12:09 MədəniyyətXalq yazıçısı Kamal Abdullanın "Mənim Füzulim" adlı yeni kitabı işıq üzü görüb. Olaylar.az bildirir ki, müəllifin Məhəmməd Füzuliyə həsr etdiyi esselərindən ibarət olan yeni nəşrdə Səttar Bəhlulzadənin Füzuli əsərlərinə çəkdiyi qrafik rəsmlərdən istifadə edilib.
Kitabın bədii redaktoru Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, redaktoru Cavid Zeynallıdır. Kitab "Mütərcim" nəşriyyatında çap olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31