Akademik Musiqili Teatrın balet artisti “Şəms” Milli Mükafatına layiq görülüb
Akademik Musiqili Teatrın balet artisti “Şəms” Milli Mükafatına layiq görülüb
27 Dekabr 2019 12:00 MədəniyyətKlassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi və "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev "Nəsimi" promo-rolikinə görə "İmedia Group"un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.
Olaylar.az bildirir ki, Respublikamızın mədəniyyət və incəsənət xadimləri, dövlət məmurları, iş adamları, ictimai-siyasi fəallarını bir araya toplayan bu mərasimdə dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan "Nəsimi" promo-roliki təqdim olunub və eyni zamanda Emin Əliyev sinxron olaraq həm quruluşçusu, həm də ifaçısı olduğu balet- kompozisiyanı canlı olaraq bir daha nümayiş etdirib.

