Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq
27 Dekabr 2019 11:49 MədəniyyətAkademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq. Bu münasibətlə hazırlanan "Şaxta Baba və Befan nənələr" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, Musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.
Olaylar.az bildirir ki, tamaşada əməkdar artistlər Mətləb Abdullayev və Əlfida Cəfərov, aktrisa Fəridə Şahbazova, əməkdar artist Mehriban Xanlarova, aktrisa Dilarə Nəzərova, əməkdar artist Sevinc Əliyeva, aktyorlar Vüsal Mustafayev və Elsevər Rəhimov, Ramin Şıxəliyev və Şahin Tağızadə, Elçin Hacıyev, Əlləz Əhmədov, əməkdar artist Əminə Cəfərova, aktyorlar Vüsal Məmmədov, Firuzə Balayeva çıxış edirlər.
Yeni il tamaşası 27 dekabrdan yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq.