Serbiyada azərbaycanlı dirijorun rəhbərliyi ilə klassik musiqi əsərləri səsləndiriləcək
Serbiyada azərbaycanlı dirijorun rəhbərliyi ilə klassik musiqi əsərləri səsləndiriləcək
26 Dekabr 2019 11:34 Mədəniyyət"Belqrad-Qış" festivalı çərçivəsində Serbiyanın paytaxtında yerləşən "Savov" mədəniyyət mərkəzində dünya bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunacaq.
Olaylar.az bildirir ki, festivalın dekabrın 31-dəki konsertində yerli ifaçılarla yanaşı, xaricdən dəvət edilmiş musiqiçilər də iştirak edəcək. Konsertin klassik musiqi hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə görkəmli bəstəkarların əsərlərindən parçalar səsləndiriləcək.
Qeyd edək ki, konsertə giriş pulsuzdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31