Fotoqraflar Birliyində “Açıq qapı” günü
Fotoqraflar Birliyində “Açıq qapı” günü
26 Dekabr 2019 11:17 MədəniyyətDekabrın 29-da, saat 15:00-da Azərbaycan Fotoqraflar Birliyində ənənəvi "Açıq Qapı" günü keciriləcək. Olaylar.az bildirir ki, tədbirə həvəskar, peşəkar, fotoqrafiya sənətini sevənləri dəvətlidir.
Tədbirdə "Xəzərin sahilində" dekabr ayının fotomüsabiqəsinin qalibləri seçiləcək. Bundan əlavə Əzim Mehdiyevin "Dünya mənim gözümdə" foto təqdimatı olacaq. Azərbaycan və dünyanın başqa ölkələrindən olan fotoları haqda danışılacaq.
İraqlı fotoqraf Ali Abdulkareem portfoliyasını təqdim edəcək. Ali öz fotolarını yalnız fotolentlə işləməyinin özəliklərindən danışacaq.
Tədbirin sonunda Yanvar ayı üçün aylıq fotomüsabiqə elan olunacaq.
Qeyd edək ki, tədbir Azərbaycan Milli QHT Forumunun ofisi, Aqrar Tədqiqatlar Mərkəzinin binasında təşkil olunacaq.