Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Prezident İlham Əliyevin "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" müvafiq Sərəncam imzaladığını xatırladıb.

Cəlil Məmmədquluzadənin zəngin yaradıcılığından bəhs edən Xalq yazıçısı Anar onun əsərlərinin əhəmiyyətini vurğulayıb. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək deyib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir.

Sonda Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, Akademik Musiqili Teatrının aktyorları Cəlil Məmmədquluzadənin yaradıcılıq nümunələri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31