Muğam Mərkəzində dəyirmi masa təşkil olunacaq

Muğam Mərkəzində dəyirmi masa təşkil olunacaq

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə  "Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi" mövzusunda "Dəyirmi masa" təşkil ediləcək.
Olaylar.az bildirir ki, tədbirlərdən sonra tar istehsalı sahəsində ciddi dönüş yaranmış və tar istehsal edən ustalar bu aləti artıq kitabçada nəzərdə tutulmuş ölşü sistemlərinə uyğun qaydada hazırlamağa başlamışlar.
"Dəyirmi masa" layihəsinin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru , Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.
27 dekabr tarixində keçiriləcək "Dəyirmi masa" da isə "Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi"  məsələsi müzakirə ediləcək, ölçü sistemlərinə aid kitabça iştirakçılara o cümlədən bu sahə ilə məşğul olan ustalara təqdim olunacaq.
Müzakirələrdə simli alətlər üzrə mütəxəssislər, elm adamları, bu alətlərin ifaçlıları və ustalar iştirak edəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31