Respublika uşaq rəsm müsabiqəsi başa çatdı

Respublika uşaq rəsm müsabiqəsi başa çatdı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində ənənəvi "Doğma diyar" Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır.

Olaylar.az bildirir ki, vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarınızı inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularınızın formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağınızı stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə ölkəmizin əksər güşələrindən 1200-dən çox uşaq və yeniyetmə vertual qaydada 2000-dən çox əsər təqdim etmişlər.

Sərgilənmək üçün seçilmiş 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyasında iki gün mütənasib olaraq, 170 və 180 uşaq hər birinin 1 əsəri ilə Xətai Sənət Mərkəzinə dəvət olunub.

Mükafat fondu olaraq müsabiqədə ən çox əsəri ilə təmsil olunan tədris mərkəzi kimi Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi Xətai Sənət Mərkəzində kollektiv sərgisini keçirmək şansı qazanıb.

İkinci mükafat fondu olaraq sərgidən ən yaxşı əsərlərin müəllifləri özünün 5 əsəri ilə kollektiv sərgiyə dəvət olunacaq və həmin gün plener zamanı ərsəyə gətirdiyi bir əsəri ilə sərgi plenerdə iştirak etmək şansı qazanacaq.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31