Xalq artisti Əbülfət Əliyevin xatirəsi anıldı
Xalq artisti Əbülfət Əliyevin xatirəsi anıldı
23 Dekabr 2019 11:32 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində xanəndə, Xalq artisti Əbülfət Əliyevin xatirəsi anılıb.
Olaylar.az bildirir ki, gecədə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Əbülfət Əliyev yaradıcılığı haqqında ətraflı məlumat verib, xanəndənin ömür yolundan və Azərbaycan muğam sənətinin təbliğindəki xidmətlərindən bəhs olunub.
Gecədə həmçinin Əbülfət Əliyevə həsr edilmiş videoçarx nümayiş edilib. Xalq artistləri , tarzən Vamiq Məmmədəliyev və Möhlət Müslümov sənətkarla bağlı xatirələrini bölüşüb, onun yaradıcılığına nəzər salıb. Gecədə gənc xanəndələrin ifasında xalq mahnıları və muğamlar səslənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31