Bakı ilə Moskva arasında şifahi razılaşma əldə olundu
Bakı şəhərinin mədəniyyət müəssisələri ilə Moskva şəhərinin müvafiq strukturları arasında sıx əməkdaşlığa dair şifahi razılaşma əldə olundu
20 Dekabr 2019 16:40 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfərə gedib.
Olaylar.az bildirir ki, Baş İdarənin rəisi Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində "Vdoxnoveniye" Mədəniyyət Mərkəzini, A.K.Lyadov adına uşaq musiqi məktəbini, həmçinin Krasnopresneno İncəsənət məktəbini ziyarət edib.
Keçirilən görüşlər zamanı mədəniyyət müəssisələrinin idarəetməsi sahəsində təcrübə mübadiləsi, yeniliklərin tətbiqi, metodologiyalarla paylaşılma üzrə sıx əməkdaşlığa dair şifahi razılaşmalar əldə olunub.
Baş İdarənin nümayəndə heyətinin Moskvaya rəsmi səfəri davam edir.

