Bədii və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri haqqında

Bədii və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri haqqında

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən noyabr ayının 1-dən elan olunmuş bədii və animasiya filmlərinin ssenari müsabiqəsinə layihələrin qəbulu noyabrın 25-də başa çatmışdır.  

Olaylar.az bildirir ki, müsabiqənin əvvəlcədən elan olunmuş şərtlərində qaliblərin adlarının dekabrın 20-dək Nazirliyin www.mct.gov.az saytında və "Mədəniyyət" qəzetində açıqlanacağı bildirilmişdir.

Lakin, müsabiqəyə marağın həddindən artıq yüksək olması və təqdim olunan ssenarilərin çoxluğu səbəbindən nəticələrin açıqlanma müddətinin uzadılması zərurətini yaranmışdır.

Məlumat üçün bildiririk ki, Nazirlik tərəfindən elan edilmiş bədii və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri 2020-ci il yanvar ayının 31-dək www.mct.gov.az saytında və "Mədəniyyət" qəzetində elan olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31