Gənc yazar kitabını təqdim edəcək

Dekabrın 24-də Mirvari parkda gənc yazıçı Nurlan Suvarovun "Bilinməz" adlı kitabı təqdim olunacaq. Olaylar.az bildirir ki, kitabda gənc yazarın son illərdə yazdığı hekayə və məqalələr yer alıb.İnsan şəxsiyyətinə indivudual yanaşma, psixoloji çəkişmələr, daxili səadətin axtarışı, cəmiyyətin daşlaşmış ehkamlar arasında özünü itirən insan taleyi,çözülməz dilemmalar,sevgi və ülviyyət kimi mövzular bu hekayənin qayəsini təşkil edir. Elmi-kütləvi janrda olan məqalələr isə əsasən elmin tarixi xronikası şəklində yazılıb.

Dekabrın 24-də Mirvari parkda gənc yazıçı Nurlan Suvarovun "Bilinməz" adlı kitabı təqdim olunacaq.

Olaylar.az bildirir ki, kitabda gənc yazarın son illərdə yazdığı hekayə və məqalələr yer alıb.İnsan şəxsiyyətinə indivudual yanaşma, psixoloji çəkişmələr, daxili səadətin axtarışı, cəmiyyətin daşlaşmış ehkamlar arasında özünü itirən insan taleyi,çözülməz dilemmalar,sevgi və ülviyyət kimi mövzular bu hekayənin qayəsini təşkil edir. Elmi-kütləvi janrda olan məqalələr isə əsasən elmin tarixi xronikası şəklində yazılıb.

Kitabda 9 hekayə, 3 elmi məqalə yer alıb. "Bilinməz" adlı kitabın redaktoru Səbuhi Şahmarsoydur.

Qeyd edək ki, kitab Elm və Təhsil nəşriyyatında dərc olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31