“Aşıq musiqisi axşamları” layihəsi davam edir

“Aşıq musiqisi axşamları” layihəsi davam edir

Dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Azərbaycan qadın aşıqları" silsiləsindən "Aşıq Pəri məclisi"nin  konserti təqdim olunacaq.

Olaylar.az bildirir ki, tədbir "Aşıq Pəri məclisi"nin yaradıcısı mərhum şairə Narınc Xatunun yaradıcılığına həsr olunub.
Qeyd edək ki, BMM-nin "Aşıq musiqisi axşamları"  layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Layihənin informasiya dəstəyi - Mədəniyyət kanalı və  Asan radiodur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31