“Lənkəran payızı" VII ənənəvi folklor festivalı keçirilib
“Lənkəran payızı" VII ənənəvi folklor festivalı keçirilib
17 Dekabr 2019 11:06 MədəniyyətQ.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində regional mədəniyyət idarəsinin təşkilatçılığı ilə IV "Bizim Qala" Diyarşünaslıq, VII "Dəmirağacı" sənətkarlıq sərgisi və VII "Lənkəran payızı folklor festival"ı keçirildi.
Olaylar.az bildirir ki, iştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində yaradılmış IV "Bizim Qala" diyarşünaslıq, VII "Dəmirağacı" sənətkarlıq sərgisi ilə tanış oldular. Sərgidə dəyərli əl işləri, sənətkarlıq nümünələri nümayiş etdirildi.
Tədbiri açıq elan edən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə 7 ildir ki, ənənəvi olaraq keçirilən sənətkarlıq, diyarşünalsıq sərgisi və "Lənkəran payızı" folklor festivalı barədə məlumat verdi.
Sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış edərək xalqın zəngin folklor ənənələrinin yaşadılması sahəsində belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətli olduğunu vurğuladı, tədbirin təşkilində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən folklorşünas alim, filologiya elmləri doktoru, professor Yədulla Ağazadə çıxış edərək xalqımızın milli-adət ənənlərindən, onların qorunub saxlanılmasının gələcək nəsillər üçün nümunə olduğunu bildirdi.
Sonra Mərkəzin mədəniyyət evi və klub filiallarında çalışan mədəniyyət işçiləri tərəfindən xalq mahnıları, milli rəqslər, xalq oyunları, qoşma, bayatı, gəraylı, dastan, nağıl və lətifələr səsələndirildi.