Rusiya Federasiyasının Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib

Rusiya Federasiyasının Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Bakıda səfərdə olan Rusiya Federasiyası Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva ilə görüşüb.
Olaylar.az bildirir ki, nazir müavini qonağı salamlayaraq iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Rusiyada gerçəkləşən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir. Son illər bu sahədə əməkdaşlığa töhfə verən bir sıra tədbirlər keçirilib.
Respublikamızın Rusiya Federasiyasının regionları ilə münasibətlərinin mədəni əməkdaşlıqda da əhəmiyyət kəsb etdiyini deyən Rafiq Bayramov bildirib ki, biz bu istiqamətdə regional təşkilat və müəssisələrlə daha sıx əlaqələrin qurulmasında və təcrübə mübadiləsində maraqlıyıq. Qeyd olunub ki, bu gün dünyada idarəetmə üzrə müasir metodlar tətbiq edilir. Söhbət zamanı həmçinin teatr sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərindən bəhs edilib. Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva vurğulayıb ki, Azərbaycanla müxtəlif sahələrdə bir neçə layihənin gerçəkləşməsinə nail olmaq arzusundadırlar.

Daha sonra görüşdə mədəniyyət sahəsində qarşılıqlı təcrübə mübadiləsi, o cümlədən tələbə mübadiləsi kimi mövzular müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31