“Yarat”da mədəniyyət işçiləri arasında İntellektual Turnir keçirilib

“Yarat”da mədəniyyət işçiləri arasında İntellektual Turnir keçirilib

Bakı şəhərində "Yarat" Müasir İncəsənət Məkanında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və "Yarat" Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650-illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında İntellektual Turnirin final mərhələsi keçirilib.

Olaylar.az bildirir ki, finalda Regional Mədəniyyət İdarələrinin nümayəndələri, mədəniyyət könüllüləri, "Yarat" Müasir İncəsənət Məkanının təhsil layihələr üzrə menecer Ruqiyyə Salmanova, "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov və digərləri iştirak ediblər.

Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirki ki, turnirin məqsədi gənc mədəniyyət işçələrinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalasdırılmasını təmin etməkdir. Tədbir çərçivəsində Mərkəzin əməkdaşı Ceyhun Əhmədovun müəllifliyi olan "İntellektual oyunların keçirilmə qaydaları" adlı metodiki vəsaitin təqdimatı keçirilib.

Finalda 7 komanda, ənənəvi olaraq, Azərbaycan və dünya mədəniyyətinə həsr olunmuş suallara cavab verməli idi. Oyunun qalibi 16 sualını cavablandıran Gəncə Regional Mədənyyət İdarəsinin komandası olub. İkinci yerdə Gəncə Dövlət Universitetinin könüllüləri 15 düzgün cavabla, üçünçü yerdə isə 13 sualı cavablandıran Sumqayıt Regional Mədəniyyət İdarəsinin komandası olub.

Qalib komandalar diplom və dəyərli hədiyyə ilə təltif olunublar. Bundan əlavə olaraq tədbir çərçivəsində ilin gənc mədəniyyət işçiləri 5 nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31