Xalq rəssamının əsərləri nümayiş olunacaq
Xalq rəssamının əsərləri nümayiş olunacaq
13 Dekabr 2019 15:57 MədəniyyətDekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun 90 illik yubileyinə həsr olunmuş sərgi nümayiş olunacaq.
Olaylar.az bildirir ki, rəssamın 100-ə yaxın əsəri Rusiyanın müxtəlif muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır.
Qeyd edək ki, Nadir Qasımov 1992-ci ildə Azərbaycan Respublikasının "Xalq rəssamı" fəxri adına layiq görülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31