Ustad dərsləri davam edir
Ustad dərsləri davam edir
13 Dekabr 2019 14:50 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bərdə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Yevlax şəhərində təşkil olunmuş "Respublikada yerləşən xalq teatrları və dram dərnəklərində aktyorların səhnə yaradılıcığında mühüm sayılan yaddaş və diqqət məşğələlərinin təşkili" adlı ustad dərslər başa çatıb.
Olaylar.az bildirir ki, regionda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin bədii rəhbərləri, rejissorları, dram dərnəklərinin rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması, xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilmiş ustad dərslərdə Bərdə, Yevlax, Mingəçevir və Tərtər rayonlarının mədəniyyət mərkəzlərində, klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri, rejissorları və aktyorları iştirak ediblər.
Ustad dərsləri təqdim edən Mərkəzin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Hikmət Nəbili qeyd etdi ki, xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, məşhur aktyorların yetişməsi üçün vacib rol oynayır.
Dərslərdə Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndələri çıxış edərək qeyd etdilər ki, yüksək texnologiyalar dövründə ənənəvi teatrı ancaq müasir üsullar, müasir yanaşma yaşada bilər.
.jpg)
.jpg)