Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd olundu – Muğam Mərkəzində

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd olundu –Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində  görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilən  "Muğamat var olan yerdə" adlı tədbir keçirildi. Olaylar.az bildirir ki, keçirilən tədbirdə xanəndənin ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək qonaqların diqqətinə çatdırdı ki,  Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində hazırlanan konsert kafedranın yubiley ilinə bir töhfəsidir. 

Tədbir muğam kafedrasının tələbələrinin konsert proqramı ilə davam etdi. Konsertin repertuarı bütünlüklə  Hacıbaba Hüseynova məxsus qəzəl və təsniflərdən tərtib olunduğundan muğamsevərlər tərəfindən maraqla qarşılandı. İfaçıları  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Toğrul Əsədullayevin (kamança) rəhbərliyi ilə universitetin müəllim və tələbələrindən ibarət ansambl müşayiət edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31