Murad Sadıxın “Qəlbimin nəğmələri” adlı konserti oldu
Murad Sadıxın “Qəlbimin nəğmələri” adlı konserti oldu
11 Dekabr 2019 11:42 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın "Qəlbimin nəğmələri" adlı konserti keçirildi.
Olaylar.az bildirir ki, tədbirdə müğənni ilə bərabər səhnə dostları, Muğam Televiziya Müsabiqəsinin qalibi Pərviz Qasımov, pianoçu-bəstəkar Sevda Məmmədli, Milli Konservatoriyanın Xalq Çalğı alətləri orkestri, Cavad Tağızadə və BMA-nın Kamera orkestri, beynəlxalq müsabiqələr laureati, Prezident təqaüdçüsü Vüsalə Babayeva konsert boyu birgə səhnəni bölüşdülər.
Konsertlə bağlı təəssüratlarını bölüşən ifaçı bildirdi ki, bu gün mənim üçün çox məsuliyyətli və əlamətdar gündür. Zalda çoxsaylı tamaşaçılarımı görməkdən məmnunam. Bir-birindən maraqlı ifalarla zəngin gecədə musiqinin müxtəlif janrlarını əhatə edən mahnılar səsləndi. Proqrama xalq mahnıları, estrada və klassik əsərlər daxil edilmişdi. Müğənnini Əməkdar artist Malik Mənsurovun rəhbərliyi ilə "Naz-nazı" xalq çalğı alətləri ansamblı müşayiət edirdi. Həmçinin Cavid Tağızadənin rəhbərliyi ilə BMA-nın Kamera orkestri ilə birgə çıxış edən ifaçı Müslüm Maqomayevin repertuarından əsərlər də səsləndirdi.
Sonda Murad Sadıx təşkilatçılara öz dərin təşəkkürünü bildirdi.

