Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü gördü

Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü gördü

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi beynəlxalq metodiki vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin ssenarilərini, habelə musiqi-incəsənət məktəblərin fəaliyyətini əhatə edən metodiki vəsait hazırlayır. Bu günə qədər capdan çıxan vəsaitlərin sayı 100-ə çatmışdır.

Olaylar.az bildirir ki, mərkəzin əməkdaşları tərəfindən hazırlanmış növbəti metodiki vəsaitlər mədəniyyət evlərinin fəaliyyətini əhatə edir.

Xalq və özfəaliyyət teatrlarında çalışan həvəskarlar üçün bu metodiki vəsaitlər olduqca vacibdir. Teatr-dekor sənəti, yeni dekorasiya, qrim, uğurlu və maraqlı repertuarın seçilməsi teatrın inkişafı üçün önəmli şərtlərdir. Vəsaitlər mədəniyyət müəssisələri, mədəniyyət və incəsənət işçiləri, eyni zamanda teatrsevər geniş oxusu kütləsi ücün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, vəsaitlərin Bakıda və regionlarda təqdimatının aparılması da planlaşdırılır. Bütün metodiki vəsaitlərlə Mərkəzin rəsmi saytında tanış olmaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31