Nizami Kino Mərkəzində “Mələk” tammetrajlı bədii filmi nümayişi olunub

Nizami Kino Mərkəzində “Mələk” tammetrajlı bədii filmi nümayişi olunub

Nizami Kino Mərkəzində "Mələk" tammetrajlı bədii filmi nümayiş olunub.

Olaylar.az bildirir ki, film Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gəlib.

Filmin təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, hər bir çəkilən film inkişafdır, mədəniyyətdir və Azərbaycan mədəniyyətinə yeni töhfədir.

Filmin nümayişi Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ənənəvi "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində keçirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev ekran əsərinin yaradıcı heyətinə uğurlar arzulayaraq bu işdə əməyi olanlara təşəkkür ediblər.

Filmin prodüseri Kənan Aydın və quruluşçu rejissoru Elmar Məmmədov, ssenari müəllifi Aysel Ateş Abdullazadə olan filmdə Xalq artisti Kazım Abdullayev, aktyorlar Xatirə Süleymanova, Kənan Aydın və Leyla Səlim çəkiliblər.

Film "O evdən kəfənsiz çıx!" şüarı ilə erkən nikahlara, qadına şiddətə və ailədaxili zorakılığa qarşı dayanışmanı əks etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31