“YUĞ” da növbəti dəfə “Vəsvəsə” olacaq
“YUĞ” da növbəti dəfə “Vəsvəsə” olacaq
9 Dekabr 2019 11:33 MədəniyyətDekabrın 14-də Dövlət "Yuğ" Teatrı növbəti dəfə "Vəsvəsə" tamaşası nümayiş olunacaq.
Olaylar.az bildirir ki, tanınmış Norveç yazarı Henrik İbsenin "Vahimə" əsəri əsasında hazırlanmış "Vəsvəsə" tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.
Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31