Opera və Balet Teatrında “Şelkunçik” baleti nümayiş olunacaq

Opera və Balet Teatrında “Şelkunçik” baleti nümayiş olunacaq

Dekabrın 25-i və 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Şelkunçik" baletinin tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, hər dəfə yeni il ərəfəsində teatr bu baleti repertuarına daxil edir.  P.Çaykovskinin gözəl musiqisi, monumental maraqlı səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və zəngin edir.

Tamaşalarda balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, həmçinin gənc solistlər Timur Oduşev, Yuliya Ferştandt, Faiq Qubadov, Leyla Narimanidze, Dinara Şirinova və b. çıxış edəcəklər.

Dekabrın 25-də keçiriləcək tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcəkdir.

Dekabrın 29-da baş tutacaq tamaşanın dirijoru isə Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31