Kann film festivalı üçün namizədlərin adı açıqlanıb

Dünyanın ən nüfuzlu kino festivallarından biri hesab edilən Kann kino festivalı 16 - 17 may tarixində qapılarını kinosevərlərin üzünə açacaq. Bu il festivalda nümayiş ediləcək 54 filmin adı Parisdə keçirilən mətbuat konfransında açıqlanıb. Festivalın açılış filmi Ves Andersonun Moonrise Kingdom filmi, festivalın son nümayiş filmi isə Klaudi Millerin Therese Desqueyroux adlı filmi olacaq. Festivalda həmçinin Fatih Akının Polluting Paradise filmi də nümayiş olunacaq. Qeyd edək ki, bu il təşkil olunacaq festival ilk dəfə 1947 ci ildə təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31