Teatrda Yeni il şənlikləri təşkil olunacaq

Teatrda Yeni il şənlikləri təşkil olunacaq

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq. Bu münasibətlə hazırlanan "Şaxta Baba və Befan nənələr" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

Olaylar.az bildirir ki, tamaşada əməkdar artistlər Mətləb Abdullayev və Əlvida Cəfərov, aktrisa Fəridə Şahbazova, əməkdar artist Mehriban Xanlarova, aktrisa Dilarə Nəzərova, əməkdar artist Sevinc Əliyeva, aktyorlar Vüsal Mustafayev və Elsevər Rəhimov, Ramin Şıxəliyev və Şahin Tağızadə, Elçin Hacıyev, Əlləz Əhmədov, əməkdar artist Əminə Cəfərova , aktyorlar Vüsal Məmmədov, Firuzə Balayeva çıxış edirlər.

Yeni il tamaşası 27 dekabrdan yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq. Biletlərin qiyməti 8 manatdır. Sonda azyaşlı tamaşaçılara hədiyyələr təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31