Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinlə əlaqələri genişləndirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinlə əlaqələri genişləndirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Resbuplikasında fəaliyyətini gücləndirməkdədir. "OLAYLAR"-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Çinin Guandzhou şəhərində keçirilən "Imperial Spring - 2019" toplantısında tərəfdaş kimi çıxış edib. Toplantıda Mərkəzin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberqa rəhbərliyi ilə qurumun üzvü olan ondan çox sabiq ölkə və hökumət başçıları iştirak edib.

Multilaletarizm, BMT-nin Davamlı Inkişaf proqramı və Beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çinin Vitse Prezidenti Wang Qishan da iştirak edib.

Tədbir çərçivəsində Çin Prezidenti Xi Jinping toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək onlarla konfransda qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüş zamanı xanım Vaira Vike-Freiberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, Mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan beynəlxalq nüfuzunu xüsusi vurğulayıb.

Mərkəzin üzvü, Bosnia və Herzeqovinanın sabiq Prezidenti Mladen İvanic isə "Bir Kəmər-Bir İpək" yol xətti, "17+1" layihələrinin Qafqazdan başlayaraq Şərqi-Avropa ölkələrinin inkişafına göstərdiyi önəmli dəstəyi xüsusi qeyd edib. O, Azerbaycan Prezidentinin dəstəyi ilə keçirilən Qlobal Bakı Forumları çərçivəsində mütəmmadi olaraq Çin ilə bağlı müzakirə və fikir mübadilələrinin aparılmasının mühüm rol oynadığını da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31