"Unudulmayanlar" layihəsində Qədir Rüstəmovun xatirəsi yad ediləcək
"Unudulmayanlar" layihəsində Qədir Rüstəmovun xatirəsi yad ediləcək
5 Dekabr 2019 11:58 MədəniyyətDekabrın 14-də BMM-nin "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad ediləcək.
Olaylar.az bildirir ki, məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Xanəndənin ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir.
Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.