Nizami Gəncəvinin türk dilində nəşr olunan “Xəmsə”sinin təqdimatı keçiriləcək
Nizami Gəncəvinin türk dilində nəşr olunan “Xəmsə”sinin təqdimatı keçiriləcək
4 Dekabr 2019 14:15 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi həyata keçirilir.
Olaylar.az bildirir ki, layihə üzrə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarət ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") "Xəmsə"sinin türk dilində nəşri başa çatdırılıb.
Tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə dekabrın 6-sı, saat 12:00-da Azərbaycan Milli Kitabxanasında "Xəmsə"nin təqdimat mərasimi baş tutacaq.
Şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.