Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atabəy İsmayılov olacaq

Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atabəy İsmayılov olacaq

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının möhtəşəm səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Atabəy İsmayılovun solo konserti keçiriləcək.

Olaylar.az bildirir ki, 5 müxtəlif musiqi alətində - tar, fortepiano, bass gitara, violonçel, kontrabasda mükəmməl ifa bacarığı olan musiqiçi ilə birlikdə səhnədə Əməkdar artistlər - Lalə Məmmədova, Toğrul Əsədullayev, Ruslan Hüseynov, İsgəndər Ələsgərov, Kamran Kərimov, beynəlxalq müsabiqələr laureatları - Pərviz Məmmədov, İlqar Baxşıyev, bəstəkar Pikə Axundova, Ramin Pələngov, musiqiçinin bacısı - Bülbül adına orta ixtisas məktəbinin 9-cu sinif şagirdi Ülkər İsmayılova maraqlı musiqi nömrələri ilə çıxış edəcəklər.

Konsertin dirijoru, Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31