“Ulduz” bədii filminin 55 illik yubileyi münasibətilə yenilənmiş versiyası təqdim olunub
“Ulduz” bədii filminin 55 illik yubileyi münasibətilə yenilənmiş versiyası təqdim olunub
4 Dekabr 2019 12:01 MədəniyyətNizami Kino Mərkəzində "Ulduz" bədii filminin 55 illik yubileyi münasibətilə yenilənmiş versiyası tamaşaçılara təqdim olunub. Olaylar.az bildirir ki, tədbirdə film haqqında məlumat verilib.
1965-ci il martın 29-da Nizami Kinoteatrında "Ulduz" musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb.
"Balans" milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş "Ulduz" filmini yüksək peşəkarlıqla bərpa edərək yenidən tamaşaçılara təqdim edilib.
Ekranda filmin bərpadan əvvəlki və sonrakı vəziyyəti nümayiş olunub.
"Azərbaycanfilm" kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev filmlərin bərpasının və qorunmasının çox vacib olduğunu bildirib.
"Ulduz" filmindəki Yetər obrazı ilə tanınan aktrisa-rəssam, Əməkdar artist Suğra Bağırzadə filmə rol almasından və çəkilişlər zamanı yaşanan bəzi məqamlardan söz açıb.
Sonra "Ulduz" filminin bərpadan sonra ilk nümayişi olub.

