Günel Natiq “Məhəbbət quşları” kitabını təqdim edəcək
Dekabrın 4-ü, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazar Günel Natiqin “Məhəbbət quşları” kitabının imza günü keçiriləcək.
3 Dekabr 2019 13:56 MədəniyyətDekabrın 4-ü, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazar Günel Natiqin "Məhəbbət quşları" kitabının imza günü keçiriləcək.
Olaylar.az bildirir ki, kitabda müəllifin son illərdə qələmə aldığı hekayələr yer alıb. Hekayələrin mayası, mənası həyatın içindən gəlir. Yazar cəmiyyətdə baş verənlərə, insan taleyinə, həyata biganə olmadığını bu kitabda qeyd edib.
Qeyd edək ki, "Mütərcim" nəşriyyatında çap olunan kitabın redaktoru Rahil Tahirlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31