“Leyli və Məcnun” marionet tamaşası 100-cü dəfə nümayiş olundu
“Leyli və Məcnun” marionet tamaşası 100-cü dəfə nümayiş olundu
3 Dekabr 2019 13:15 MədəniyyətBakı Marionet Teatrında "Leyli və Məcnun" tamaşası 100-cü dəfə nümayiş olunub.
Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşada klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında "Leyli və Məcnun" operasını yazıb. Opera Marionet Teatrının repertuarında xüsusi yer tutur. "Leyli və Məcnun" muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnilib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.