Azərbaycanla Qazaxıstan muzeyləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycanla Qazaxıstan muzeyləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Milli İncəsənət Muzeyi ilə A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Olaylar.az bildirir ki, tədbir MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakıda keçirilən "Sərhədsiz incəsənət" adlı beynəlxalq seminar çərçivəsində baş tutub.

Hər iki nüfuzlu dövlət incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında öz üzərilərinə öhdəlik götürüblər.

Memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyinin direktoru, professor, Qazaxıstanın Əməkdar incəsənət xadimi Gülmira Şalabayeva imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31