Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransın bir qrup iştirakçısı ilə görüşüb
Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransın bir qrup iştirakçısı ilə görüşüb
3 Dekabr 2019 12:50 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya, Özbəkistan və Qazaxıstandan olan qonaqları qəbul edib.
Olaylar.az bildirir ki, nazir ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans barədə danışıb. Bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən elmi tədbir müxtəlif ölkələrdən mütəxəssisləri bir araya gətirib.
Rusiyanın Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov iqtisadi elitanın, maliyyəçilərin ölkənin yaradıcı elitası ilə təmasının inkişaf etdirilməsinin XXI əsrdə mədəniyyətin sənayeləşməsinə və özəl sektor tərəfindən dəstəklənməsinə müsbət təsirindən danışıb.
Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, xatirə hədiyyəsi təqdim edib.

