Yuğ Teatrının 30 illik yubileyi qeyd olunacaq

Yuğ Teatrının 30 illik yubileyi qeyd olunacaq

Dekabrın 3-ü, saat 19:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Azərbaycan Dövlət Yuğ Teatrının 30, teatrın yaradıcısı Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illik yubileyi qeyd olunacaq.

Olaylar.az bildirir ki, teatr yarandığı gündən bu günə qədər milli və xarici klassiklərin, eləcə də müasir müəlliflərin əsərləri əsasında 150-yə yaxın tamaşa hazırlanmışdır. Teatrın ilk işi M.Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında hazırlanan "Salam" tamaşası olmuşdur. Kollektiv bu illər ərzində klassik şairlərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş vermişdir. Bununla yanaşı, teatrın repertuarında C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev, dünya klassiklərindən U.Şekspir, S.Bekket, A.P.Çexov, R.Akutaqava, F.Kafka, A.S.Ekzüperi kimi müəlliflərin də əsərləri oynanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31