Məlik Dadaşovun anım günüdür - 23 il ötür
Məlik Dadaşovun anım günüdür - 23 il ötür
2 Dekabr 2019 13:58 MədəniyyətBu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, yaratdığı obazlarla xatirələrdə yaşayan Məlik Dadaşovun anım günüdür.
Olaylar.az bildirir ki, Məlik Dadaşov 1924-cü ildə Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrında işə başlayıb və burada ilk dəfə "Ailə namusu" pyesində oynayıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib.
M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. Aktyor "Axırıncı aşırım", "Bir qalanın sirri", "Dəli Kür", "Fəryad", "Böyük dayaq", "İstintaq davam edir", "Uşaqlığın son gecəsi", "Koroğlu", "Ulduz", "İyirmialtılar", "Ulduzlar sönmür" və başqa kinolarda rol alıb.
O, V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və s. tamaşalarda da obrazlar yaradıb. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb.
Məlik Dadaşov 1996-cı ildə Bakıda vəfat edib.