Fotoqraflar Birliyi qaliblərin adlarını açıqladı
Fotoqraflar Birliyi qaliblərin adlarını açıqladı
2 Dekabr 2019 12:42 MədəniyyətAzərbaycan Fotoqraflar Birliyində ənənəvi "Açıq qapı" günü kecirilib.
Olaylar.az bildirir ki, tədbirə həvəskar, peşəkar, fotoqrafiya sənətini sevənləri iştirak ediblər.
Müsabiqənin kuratoru Arzu Mürvətova ilk olaraq müsabiqə haqında iştirakçılara məlumat verib. Müsabiqədə 19 fotoqraf 37 foto, 16 mobiloqraf 16 foto təqdim edilib.
Tədbir zamanı Rauf Umudov Türkiyədən İsmayıl Haykır tərəfindən AFB kitabxanasına hədiyyəsini təqdim etdi.
Tədbirdə Pillər aylıq fotomüsabiqəsinin qalibləri iştirakçılar tərəfində gizli səs vermə yolu ilə secildilər.
Fotoqraflar arasında
I yer Nurlan Tahirli "Spiral qaçış"
II yer Məhərrəm Məcidov "Nəsimi stansiyası"
III yer Aydın Mehdiyev "Kultura hüdud yoxdur"
Mobiloqraflar arasında
I yer Tural Cəfərov "Sonsuzluq" Mobiloqrafiya
II yer Babək Həsənov "Geriyə baxış" Mobiloqrafiya
III yer Aydın Mehdiyev "Yüksəliş" Mobiloqrafiya 3-cü yerə layiq görüldülər.


