"Muğam dünyasına səyahət” layihəsi bu dəfə Pirallahıda

"Muğam dünyasına səyahət” layihəsi bu dəfə Pirallahıda

Dekabrın  4-də  "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində növbəti konsert proqramı Pirallahı rayonu V. Mustafazadə adına Mədəniyyət Mərkəzində keçiriləcək. Layihə Beynəlxalq Muğam Mərkəzi və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Olaylar.az bildirir ki, bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət" layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində bu günə kimi Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində , A.R. Qobustanlı adına Mədəniyyət evi, Binəqədi Mərkəzi Mədəniyyət Evi, Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayı, Nardaran qəsəbə Mədəniyyət Mərkəziində baş tutan konsertlərdə xanəndələr yüzlərlə tamaşaçının görüşünə gəlib. Bu konsertlərdə muğamlarımız, xalq mahnılarmız böyük sevgi və rəğbətlə qarşılanıb. Konsertlərdə mütəmadi olaraq Beynəlxalq Muğam Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəhbərliyi iştirak edərək qəsəbələrdə konsertlərin təşkili həmçinin klub işinin səmərələliyini artırılmasına öz dəstəklərini əsirgəməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31