ANIMAFILM Festivalının əks-səda tədbiri

ANIMAFILM Festivalının əks-səda tədbiri

ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının təşkilatçıları Azərbaycan Fransız İnstutunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda fəaliyyət göstərən Bakı Fransız Liseyinin şagirdləri ilə ANIMAFILM Festivalının əks- səda tədbirini keçirib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Hami Axundov iştirak edib. O cizgi filmlərinin çəkiliş prosesini əyani şəkildə izah edib.

Uşaqlar II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramında iştirak etmiş Fransız və Azərbaycan rejissorların qısametrajlı animasiya filmlərini izləyiblər. Görüşdə həmçinin Azərbaycan animasiya filmləri olan "Tıq-Tıq xanım" və "Tırtılın arzusu" nümayiş olunub. Uşaqlar, "İron Me", "Le Mans 1955", "How a song saved a species" filminin rejissorlarına film haqqında öz təəssüratlarını məktub şəklində yazıblar.

Qeyd edək ki, 2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı Bakı şəhərində keçirilib. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edib. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları bir araya toplamaq, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31