Türkiyənin Kayseri şəhərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Türkiyənin Kayseri şəhərində Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub. Beynəlxalq Diaspora Mərkəzindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, artıq bununla bağlı razılıq əldə edilib və Kayseri bələdiyyəsi adı çəkilən şəhərdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi müraciətini müsbət cavablandırb. Adı çəkilən mərkəzin təşkilatçılığı ilə iyun ayında keçiriləcək mədəniyyət günlərində iştirak etmək üçün Azərbaycandan geniş tərkibli nümayəndə heyəti, incəsənət xadimləri qardaş ölkəyə gedəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31