Müğənni Elnarədən 71 min avroluq yalan

Müğənni Elnarə 71 min avroya çəkdirdiyi klipi haqqında danışıb. Lent.az-ın məlumatına görə, ATV-də yayımlanan "Gün keçir" proqramının qonağı olan müğənni klipinin qiymətinin 71 min avro olduğunu yalandan söylədiyini deyib. O, bildirib ki, bu addımı sırf reklam məqsədi ilə atıb: "Düzünü bilmək istəyirsinizsə, mən bu klipə pul xərcləməmişəm. Müqavilə bağladığım şirkət mənim belə açıqlama verməyimi istədi. Mən də söylədim. Beləliklə, məqsədimizə çatdıq".
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə klipmeykerlər Elnarənin klipinin 71 min avro dəyərindən çox aşağı olduğunu söyləmişdilər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31