Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna Akademik Milli Dram Teatrının görkəmli aktyoru, Azərbaycan SSR Xalq artisti Məmmədəli Vəlixanlının (1899-1969) ovçuluq bileti və 9 fotoşəkili daxil olub. 

Olaylar.az bildirir ki, 1950-60-ci illərə aid həmin şəkillərdə tanınmış mədəniyyət xadiminin keçdiyi yaradıcılıq yolu, onun yaratdığı obrazlar və müxtəlif tədbirlərdə həmkarları ilə görüşləri əks olunub.

Materiallar Azərbaycan teatr tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31