Mədəniyyətin inkişafına töhfə verən qrant müsabiqələri davam etdirilir

Mədəniyyətin inkişafına töhfə verən qrant müsabiqələri davam etdirilir

Azərbaycan Milli Kitabxanasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyinin 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak edirdi.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirliyin QHT-lərlə birgə həyata keçirdiyi tədbirlərdən, layihələrdən danışdı. Bu layihələrin mədəniyyət sahəsinin inkişafına verdiyi töhfələr baxımından əhəmiyyətini vurğuladı.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova qrant müsabiqəsi haqqında məlumat verdi.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Nədimə Rəhimli çıxış edərək Şuranın həyata keçirdiyi qrant müsabiqələri haqqında məlumat verdi. Bildirdi ki, Şura 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri üzrə iş həyata keçirilir. Bu gün müzakirə edilən qrant müsabiqəsi də Mədəniyyət Nazirliyi ilə birgə gerçəkləşdirilir. Müsabiqədə iştirak etmək üçün canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31