Maşado de Assisin “Don Kasmurro” kitabının təqdim ediləcək
Noyabrın 27-də da Libraff kitab mağazasının Elmlər Akademiyası filialında Portuqaldilli ədəbiyyatın Şekspiri sayılan Maşado de Assisin “Don Kasmurro” kitabının təqdimatı keçiriləcək. Olaylar.az bildirir ki, portuqaldilli ədəbiyyatın Şekspiri adlandırılan Maşado de Assisin “Don Kasmurro” əsəri ilk dəfə orijinal dildən Nigar Sultanova tərəfindən TEAS Press Nəşriyyatında çap edilib.
27 Noyabr 2019 10:46 MədəniyyətNoyabrın 27-də da Libraff kitab mağazasının Elmlər Akademiyası filialında Portuqaldilli ədəbiyyatın Şekspiri sayılan Maşado de Assisin "Don Kasmurro" kitabının təqdimatı keçiriləcək.
Olaylar.az bildirir ki, portuqaldilli ədəbiyyatın Şekspiri adlandırılan Maşado de Assisin "Don Kasmurro" əsəri ilk dəfə orijinal dildən Nigar Sultanova tərəfindən TEAS Press Nəşriyyatında çap edilib.
Maşado de Assisin portuqal dilində qələmə aldığı "Don Kasmurro" romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir.
Tədbirdə Braziliya hökümətinin ölkəmizdəki səfiri və bir sıra digər rəsmi şəxslərin iştirakı gözlənilir. Tədbirin xüsusi qonağı olan Azərbaycanın tanınmış piano ifaçısı və bəstəkarı İsfar Sarabski ifası ilə qonaqları sevindirəcək.
Qeyd edək ki, giriş sərbəstdir!