Braziliya dramaturqunun əsəri Musiqili Dram Teatrının səhnəsində

Braziliya dramaturqunun əsəri Musiqili Dram Teatrının səhnəsində

Dövlət Musiqili Dram Teatrının səhnəsində Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun "Ezop" əsəri əsasında eyniadlı tamaşası teatrsevərlərə təqdim edilib.

Olaylar.az bildirir ki, tamaşanı Müstəqil Şah Mat Teatrı hazırlayıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş edilən tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Səhnə əsərində rolları Anar Bulud, Orxan Bakinski, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev, Azad Kərim ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31