Azərbaycanda Dizaynerlər Şurası yaradılacaq

Azərbaycanda Dizaynerlər Şurası yaradılacaq

Azərbaycan Dizaynerlər Şurası yaradılacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə qərar Bakıda baş tutmuş V Azərbaycan Dizayn Forumunun yekununda qəbul edilib.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azerbaijan Digital Arts School (ADAS) və Grafik Design Azerbaijan (GDAZ)-ın təşkilatçılığı ilə keçirilmiş Forumda bu məsələ ətraflı şəkildə müzakirə edilib və işçi qrupun yaradılması qərara alınıb.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzsadə bildirib ki, bu yaxınlarda ölkəmizdə yaradıcı Azərbaycan hərəkatına start verilib. Eyni zamanda Bakı UNESKO tərəfindən dizayn sənayesi üzrə yaradıcı şəhər elan edilib. Artıq Bakı şəhəri dünyanın 240-dan çox "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil olub. Bu yöndə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Məhz onun dəstəyi və ölkəmizdə keçirilən çoxsaylı tədbirlər sayəsində bu tarixi hadisəni əldə etdik. Məqsədimiz dizayn sənayesinin ölkə iqtisadiyyatında yerini müəyyən etmək və insan zəkasının məhsulu olan bu sənayenin inkişafına töhfə verməkdir".

Foruma xüsusi dəstək verən "Gardashlar Mebel" şirkətinin rəhbəri Əli Mirzəyev isə çıxışında bildirib ki, mebel istehsalçısının dizayn sahəsinə dəstək verməsi təsadüfi deyil: ""Gardaşlar Mebel" olaraq biz məhz dizaynerlərin yaratdıqları layihələri gerçəkləşdiririk.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31