İndoneziyalılar Bakıda “Leyla və Məcnun” filmini çəkir - FOTO

İndoneziyalılar Bakıda “Leyla və Məcnun” filmini çəkir - FOTO

İndoneziya səfirliyinin təşəbbüsü ilə Dahi Nizaminin "Leyli və Məcnun" əsərinin motivləri əsasında Azərbaycanda film çəkilir.

Olaylar.az bildirir ki, bu barədə aktrisa Zülfiyyə Eldarqızı sosial şəbəkə hesabında məlumat yayıb.

İndoneziyadan 40 nəfərlik çəkiliş qrupu bir neçə gündür Bakıda çəkilişlərə başlayıb. Filmdə "Leyli və Məcnun" müasir versiyada təqdim olunur. Filmin azərbaycanlı ailə ilə bağlı hissələri Şamaxıda Dəmirçi kəndində çəkilib.

Filmin çəkilməsində məqsəd iki ölkə arasında mədəni əlaqələri genişləndirmək, daha da inkişaf etdirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31