Müasir İncəsənət Binnealisi çərçivəsində Gürcü və Azərbaycan rəssamları performansı keçirilib

Müasir İncəsənət Binnealisi çərçivəsində Gürcü və Azərbaycan rəssamları performansı keçirilib

"Alüminium" VI Beynəlxalq Müasir İncəsənət Binnealisinin 4-cü günündə "Qala" Dövlət Tarix-Etnoqrafik Qoruğunda gürcüstanlı rəssam Elena Rakviaşvili və Azərbaycanlı iştirakçı Vüsal Rəhimin performans nümayiş etdirib.  

Olaylar.az bildirir ki, Vüsal Rəhimin "Bacararsan" performansını Biennalinin növbəti tədbirində ilk dəfə nümayiş etdirib.  Performans insan üçün sadə görülən prosesi, paltarı geyinərkən istifadə etdiyimiz hərəkəti ifadə edir.  Paltarın qolları 400 m olduğu üçün insan dolanışığa düşür və sadə addım atıb paltarı geyinib gedəcəyi məkana çata bilmir. "Bacararsan" performansı insanın həyatında yaşadığı çətinliklər, həyatla mübarizəsinin allaqorik ifadəsidir. Konseptual rəssamın performansı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın gənc aktyoru Zaur Əliyev tərəfindən icra olunub.

Xatırladaq ki, "Həyatımızdakı Dəyərlər" şüarı ilə "Qala" Dövlət Tarix-Etnoqrafik Qoruğunda  keçirilən layihənin növbəti tədbiri də maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31